Messi ildə 130 milyon avro qazanır

Messi ildə 130 milyon avro qazanır
"Barselona” klubunun forvardı Lionel Messi 2018/2019-cu il mövsümünün ən çox məvacib alan futbolçusudur.

"France Football” nəşrinin məlumatına görə, Argentina millisinin hücumçusunun cari mövsüm ərzində gəlirləri 130 milyon avro təşkil edir.

Ən çox gəlir götürən futbolçuların reytinqində ikinci yerdə "Yuventus” klubunun şərəfini qoruyan Kriştianu Ronaldu gəlir. Onun bir il ərzində aktivlərinin 113 milyon avro artdığı bildirilir.

Ən çox məvacibi olan futbolçuların ilk beşliyinə PSJ-dən Neymar (91 milyon avro), "Atletiko”dan  Antuan Qrizmann (44 milyon avro), "Real”dan Qaret Beyl (40,2 milyon avro) daxildir.

Bu arada, ən çox gəlir gətirən məşqçinin isə Madridin "Atletiko” klubunun çalışdırıcısı Dieqo Simeone olduğu bildirilir. 2018/2019-cu il mövsümündə onun gəlirləri 41 milyon avro təşkil edib.

OXŞAR XƏBƏRLƏR