Moskvada polis azərbaycanlıların bazarlarında axtarış aparır
13:55 / 11.03.2019
3855
Ötən gecə Moskvada polis əməkdaşları təxminən gecə saat 3-də "Sadovod” bazarında axtarış tədbirlərinə başlayıblar.
Hazırda polis əməkdaşları "Sadovod”da profilaktik tədbir həyata keçirirlər. Bazar özü normal fəaliyyətini davam etdirir, onu bağlamayıblar.
Öz növbəsində, "Kommersant” yazır ki, FTX, Rosqvardiya və polisin birgə həyata keçirdiyi tədbir axtarışda olan cinayətkarların tapılmasına və müxtəlif qanun pozuntularının profilaktikasına yönəldilib. Qeyri-rəsmi məlumatlara görə, axtarışlar müxtəlif etnik mütəşəkkil cinayətkar qruplaşmaların son zamanlar iştirakçısı olduqları davalara və silahlı qarşıdurmalara cavab olaraq keçirilir.
"İnterfaks” isə bildirir ki, bazarların ərazisində kriptovalyuta fermaları da axtarılır.
"Sadovod” bazarı təsisçilərinin Qod Nisanov və Zarah İliyevin olduqları "Kiyevskaya ploşad” şirkətinə məxsusdur. Bu bazar Rusiyanın ən iri topdan-pərakəndə ticarət mərkəzi kimi tanınır.
Bazarın ümumi sahəsi 40 hektardan çoxdur. Burada səkkiz mindən çox pavilyon fəaliyyət göstərir. Burada alver edənlərin əksəriyyəti azərbaycanlılardır.Virtualaz