Bu küçədə diqqətli olun; svetoforu gizlədib cərimə yazırlar - FOTOFAKT

Bu küçədə diqqətli olun; svetoforu gizlədib cərimə yazırlar -  FOTOFAKT

Burada yol polisi və Nəqliyyat Nazirliyi yol hərəkəti təhlükəsizliyini təmin etməyi unudub

Bakının Yasamal rayonu, Nəriman Nərimanov küçəsində (keçmiş «Sovetski») sürücülər üçün ciddi təhlükə yaranıb. Sfera.az Avtosfer.az-ın məlumatına istinadən bildirir ki, buradakı evlərin sökülməsi tam başa çatmadığı üçün Avropa Oyunları ərəfəsində yola yaxın olan evlər hasara alınıb. Bu zaman həmin küçədəki svetoforlar hasarın o biri üzündə qalıb. Hasar o qədər hündürdür ki, svetoforlar görünmür. Bu isə həmin küçədəki yolayrıclarında qəza şəraiti yaradır. Yəni, faktiki olaraq svetoforlar görünmür və həmin küçədən ilk dəfə yolu keçən sürücülər svetofor olan yerdə dayanmadan hərəkət edirlər.

Hələ ki, həmin nöqtədə ağır qəza baş verməyib. Lakin bunun əvəzində görünməyən svetofora görə cərimə olunan sürücülər var. Belə ki, Anar Ədilzadə adlı facebook istifadəçi öz profilində Nərimanov küçəsindəki hasarların arxasında görünməz halda olan svetoforların fotolarını paylaşıb. Fotolarla bərabər, A.Əlizadə bildirib ki, onun dostu həmin svetoforlardan birini görmədiyi üçün qırmızı işıqdan keçib və yol polisinin kamerasına tuş gəlib. Artıq Anar Əlizadənin dostunun evinə qırmızı işıqda hərəkət etməsi ilə bağlı MMX radar məktubu gəlib.

Avtosfer.az saytı olaraq bildiririk ki, qanunvericiliyə görə, yollara nəzarət edən aidiyyatı orqanlar – Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və başqaları yollarda hərəkətin təhlükəsizliyini təmin etməyə birbaşa cavabdehdirlər. Həmin qurumlar ilk növbədə qeyd olunan ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etməlidir. Bunu ilk növbədə Dövlət Yol Polisi aşkar edərək aidiyyatı orqanlara məlumat verməlidir ki, problem aradan qaldırılsın. Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin də üzərinə məsuliyyət düşür. Həmin Mərkəz bu problemi dərhal həll etməli idi. Hər şeydən əvvəl isə hasarı ora çəkən qurum svetoforun hasarın o biri üzündə qalacağı barədə DYP-yə, Nəqliyyat Nazirliyinə dərhal məlumat verməli idi. Lakin görünür, nə hasar çəkənləri, nə də svetofora nəzarət edənləri yol hərəkəti təhlükəsizliyi maraqlandırır. Onları sadəcə, cərimə maraqlandırır. Onların düşüncəsinə görə, svetofor görünməsə də olar, əsas odur ki, cərimə yazmaq üçün quraşdırdıqları kamera görünür və işləyir. Görəsən, həmin kameraya baxan yol polisləri görmür ki, svetofor hasarın o tayında qalıb və görsənmir? Yoxsa, yol polisləri həmin küçədən keçmir? Bəs, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin intellektual səviyyəsinə nə olub ki, bu boyda problemi 2 aydan çoxdur görmür? Bəlkə, yay mövsümündə gözlərinə gün düşür?

Sürücülərin nəzərinə çatdırırıq ki, həmin küçədə qırmızı işıqdan keçməklə bağlı MMX radar məktubu aldıqda dərhal məhkəməyə müraciət etsinlər. Çünki burada məsuliyyəti sürücü yox, yol polisi və Nəqliyyat Nazirliyi daşıyır.


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...