Rektor Azərbaycandan qaçdı - Universitetdə şok korrupsiya

Rektor Azərbaycandan qaçdı -  Universitetdə şok korrupsiya

Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb. 

Sfera.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə anspress-ə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb. 

Korrupsiya ilə bağlı baş verənləri universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib.

Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyevin verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb.

"Hesablama zamanı nazirliyin “təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib”.

Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun sön olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır. 

Rektorun mobil telefonuna zənglərimiz isə cavabsız qaldı. Onun ölkədən qaçdığı ehtimal edilir. 

Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. 

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Hazırda adlarına saxta kartlar açılan tələbələr universitetə çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Akif Şamil oğlu Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy ray...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...