Prezidentin son addımları "nöqtə atışı"dır – Rauf Arifoğlu

Prezidentin son addımları
Bir vətəndaş və KİV rəhbəri kimi dövlət başçısının bu cür addımları məni sevindirir, hətta bu addımlardan qürur duyuram.

Bu sözləri  açıqlamasında Prezident İlham Əliyevin son bir neçə gündə şəhid ailələri ilə görüşü, Şamaxı səfəri, baş nazirin meşələrdən meyvə yığılmasını qadağan edən qərarını ləğv etməsi ilə bağlı addımlarını kompleks dəyərləndirən "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. O bildirib ki, Prezident xalqın və ictimai rəyin hansı proseslərin içərisində olduğunu dəqiq bilir:

"Prezidentin son addımları "nöqtə atışı" xarakterindədir - problemlərin operativ həllini görürük. Prezident tərəfindən çox operativ reaksiyalar və davranışlar olur. Bu da istər-istəməz insanları o nəticəyə gətirir ki, dövlət başçısı nəinki ictimai rəydə baş verən prosesləri özünün rəhbərlik etdiyi strukturlar vasitəsilə əldə edir, eyni zamanda aktiv şəkildə virtual məkanda, mediada, sosial şəbəkələrdə cərəyan edən proseslərdən və tendensiyalardan anındaca xəbər tuta bilir. Bu, olduqca ciddi faktdır. İqtidarin başında duran şəxsin nə dərəcədə mobil, sürətli işləməsinin göstəricisidir”.

R.Arifoğlu Prezidentin son addımlarını piar kampaniya kimi qəbul edənlərə də münasibət bildirib:

"Fikrimcə, belə heç də piar deyil. Şəhid anasını ayağa qalxmağa qoymaması, əlilin yanına getməsi, zərərçəkən yaşlı bir qadının qarşısında prezidentin əyilməsi, əlini öpməsi insanın özünün daxili mədəniyyətidir, içindən gələn hissdir. Heç bir piar kampaniya, teatrallaşdırılmış səhnə ilə bunu əldə etmək mümkün deyil. Ona görə də ölkə başçısının bu jestləri yüksək qiymətləndirilir, hər yerdə təqdir edilir”.

R.Arifoğlu vurğulayıb ki, ölkə başçısı il başlayandan atdığı addımlarla təkbaşına həm özü, həm də iqtidarı üçün misilsiz reytinq qazanıb:

"Bunu PR və media sahəsinin meneceri kimi birmənalı və qəti şəkildə söyləyə bilərəm. Bu cür sürətli qərarlar və düzgün addımlarla iqtidarına münasibətdə son zamanlar bəzi nüanslara, məsələlərə görə cəmiyyət və virtual məkanda yaranmış neqativlər demək olar ki, büsbütün aradan götürülüb. Bu da məni çox sevindirir. Çox arzu edərdim ki, Prezidentin bu cür fəaliyyətinə, düzgün addımlarına, cəmiyyəti, dövləti, xalqı irəli aparan qərarlarına YAP-çı millət vəkilləri, bəzi dövlət məmurları zərbə vurmasın. Təəssüf ki, bəzən məmurlardan kimsə açıqlamaları, hərəkətləri, qərarları ilə düşünmədən bunu edir. Yəni o qədər böyük bir fərq var ki, sanki bəzi deputatlar və məmurlar Prezidentin fəaliyyətini sabotaj edir. Arzulayardım ki, iqtidar deputatları, hakimiyyətdə məsuliyyət sferası müəyyənləşdirilmiş məmurlar açıqlamalarında, qərarlarında, addımlarında öz Prezidentlərindən az da olsa, öyrənməyə çalışsın, nümunə götürsünlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Şamaxıda zəlzələdən zərər çəkən evlərə baxış keçirərkən el ağbirçəyi ilə söhbəti və əyilib onun əlini öpməsi cəmiyyətdə geniş əks-səda doğurub.Axar

OXŞAR XƏBƏRLƏR

Trampa təyyarə hədiyəsi qalmaqal yaradıb: "Bu, etik deyil"

Qətərin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollar dəyərində “Boeing 747-8” tipli dəbdəbəli təyyarə hədiyyə etməsi Amerika ictimaiyyətində və si...

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tab...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.  ...

Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  ...

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zax...

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...