Müdafiə Sənayesi Nazirliyində yeni təyinatlar

Müdafiə Sənayesi Nazirliyində yeni təyinatlar

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.

 

O, vaxtilə nazirliyə məxsus “Alov Zavodu”nun direktoru olub.

 

Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın “M.U.P. İndustrie G.İ.E.” konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

 

X X X

 

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.

 

O, yaxın aylara qədər nazirliyə məxsus “Radioquraşdırma Zavodu” MMC-nin direktoru olub.

 

Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...