"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prinsipləri (Green Investment Principles – GIP) təşəbbüsünə üzv olub.

 

Sfera.az bildirir ki, GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə (ESİ) amillərinin qərarvermə proseslərinə inteqrasiya etməsini təşviq edən beynəlxalq platformadır. "Unibank" bu üzvlüklə dayanıqlı inkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.

 

"Unibank KB" İdarə Heyətinin sədri Fərid Abuşov bu barədə bildirib:

 

“Yaşıl İnvestisiya Prinsiplərinə qoşulmağımız, “Unibank”ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa sadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekoloji çağırışların həllində mühüm rol oynadığına inanırıq və bu istiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıq yanaşmamızın bir hissəsidir”.

 

GIP üzvü olaraq "Unibank" aşağıdakı istiqamətlər üzrə fəaliyyətini gücləndirəcək:

 

 ESİ meyarlarının investisiya və kredit siyasətinə daxil edilməsi;
 Dayanıqlılıq üzrə şəffaf hesabatlılığın təmin olunması;
 Yaşıl maliyyə təşəbbüslərinin təşviqi üçün tərəfdaşlarla əməkdaşlıq.

 

Yaşıl İnvestisiya Prinsipləri maliyyə institutlarına dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına töhfə vermək üçün çərçivə təqdim edir. “Unibank”ın bu təşəbbüsə üzvlüyü, dayanıqlılığın bankın biznes strategiyasına inteqrasiya edilməsi istiqamətində atılmış proaktiv bir addımdır.

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...