Sabah azərbaycanlılar etiraz aksiyası keçirəcək - Paytaxt meriyası icazə verdi

Sabah azərbaycanlılar etiraz aksiyası keçirəcək - Paytaxt meriyası icazə verdi
Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.

Sfera.az Report.az-a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb. 

Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər. 

OXŞAR XƏBƏRLƏR