Şamaxıda dağıntı olan ərazilərə giriş qadağan olundu - FOTO

Şamaxıda dağıntı olan ərazilərə giriş qadağan olundu - FOTO
Şamaxıda dağıntılar baş verən ərazilərə giriş qadağan olunub.

Sfera.az bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dağıntılar olan ərazilərə baxış keçiriblər.

Hazırda həmin ərazilər nəzarətdədir, araşdırmalar aparılır.

Həmçinin ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Trend.az


OXŞAR XƏBƏRLƏR

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prin...

Trampın impiçment səsverməsi təxirə salındı

Demokrat Şri Tanedar həmkarlarının təzyiqi səbəbindən Konqresdə Trampın impiçmenti üçün səsverməni təxirə salıb.   Sfera.az bu barədə “Politico...

Putin İstanbula niyə gəlmədi? - Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderin...

92 ölkədən 300-dən çox nümayəndə BAKIYA GƏLİR

Mayın 19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsin...