İsmayıllıda səhər tezdən zəlzələ: gücü 4 bala yaxın olub

Cəmiyyət
08:17 / 06.02.2019
3425
Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 06:25-də qeydə alınmış zəlzələnin gücü 3,9 bal olub.
Ocağı 10 kilometr dərinlikdə olan zəlzələ hiss olunmayıb.
Trend.az