“Röya ilə sevgili deyilik...” - “Fəlakət”
Cəmiyyət
08:50 / 04.08.2015
1923
“Bozbaş Picture”in “Fəlakət”i Elşən Orucov şəxsi həyatından danışıb. Sfera.az-ın məlumatına görə, aktyor "Onlar" verilişinə açıqlamasında həyatında olan məşhur xanımın Röya olması haqda yayılan məlumatlara münasibət bildirib: “Həyatımda məşhur bir xanım olub, ayrılmışıq. Buna peşman deyiləm. Şəxsi həyatımdan danışmağı sevmirəm. Röya ilə yaxın dostuq, haqqımızda gəzən şayiələri ciddi qəbul etmirəm. Biri ilə dostamsa, bu dostluq olaraq qalır. Başqa münasibət olsa, gizlətmərəm. Həyatımda sevgi yoxdur”.