Ay tutulması zamanı zəlzələlər olur? - İnsanlara təsiri... - Ekoloqdan açıqlama

Bəs Ay tutlumasının nə kimi fəsadları ola bilər?
"Space.com”dan əldə edilən məlumata görə, 21-ci əsrdə 85 dəfə Ay tutulması müşahidə edilib. Dünyada hər 2-3 ildən bir Ay tutulmaları baş verir. Bu zaman nə baş verir?
Ayın tutulması zamanı istilik aşağı düşür
Ay normal vaxtlarda fırlanarkən Günəş də yavaş-yavaş ayla birlikdə fırlanır və bunun sayəsində Aydakı istilik tənzimlənir. Ancaq tutulma zamanı, yəni Ay dünyanın kölgəsində qalanda və Günəş işığını görməyəndə istiliyi sürətlə aşağı düşür. Nəticədə ortaya çıxan termal şok dalğası ayın süxurlarının parçalanmasına və içindən qazın çıxmasına səbəb olur.
Ən uzun Ay tutulması
Ay tutulması üçün ən uzun müddət 106 dəqiqədir. Lakin 2000-ci ilin 16 iyul tarixində baş tutan Ay tutulması 106 dəqiqə 25 saniyə davam etməsiylə rekord həddə çatmışdı.
"Qanlı Ay tutulması” insanların uydurmasıdır
Bu barədə qorxu filmləri çəkilsə də, "Qanlı Ay” və "Qırmızı Ay” deyə bir şey yoxdur. Sadəcə Ay Günəş şüalarını dünyanın ətrafından saçılıb qırılan və payına düşəni ala bildiyi qədər işıqlandırdığı üçün elə görünür. Tamamilə kölgədə qalan Ayın parlaqlığı və görüntüsü isə qlobal hava şəraiti, həmçinin havada olan tozun miqdarından asılıdır.
Ay tutulmalarında zəlzələ olur?
1971-ci ildə San Fernando zəlzələsi fevralın 9-da Cənubi Koliforniyanın San Qabriel dağlarının ətəyində baş verib. Zəlzələ 6.7 bal gücündə olub. Zəlzələdən 15 saat sonra isə Ay tutulması gerçəkləşib. Bu hadisədən sonra bəzi elm adamları Günəşin, Ayın və Yerin cəzbetməsinin Yerdə baş verən bir çox hadisələrə təsir etdiyinə inanmağa başladılar. Buna baxmayaraq, keçmişdən bu günə qədər bir çox Ay tutulmaları gerçəkləşib, ancaq bir neçəsini çıxmaqla zəlzələ ilə aralarında hər hansı əlaqənin olub-olmaması təsdiqini tapmadıb.
Sfera.az ay tutulmasının insanlara təsiri və ya hansısa müdaxiləlırin olub-olmaması barədə tanınmış ekoloq Telman Zeynalovun da fikirlərini aldı.
"Söhbət ondan gedir ki, bunun düşər-düşməzi var. Ayın belə vəziyyətində ürəyi zəif olan insanlara mənfi təsir göstərə bilər. Amma, xeyr, Ayın tutulması təbii prosesdir. Əgər Ay tutulubsa təbii proseslərin heç birinə mənfi təsir göstərmir”.
Firuzə Alimova