Məşhur çalışdırıcı millimizin baş məşqçisi ola bilər
09:58 / 04.01.2019
2248
"Qalatasaray"ın sabiq çalışdırıcısı millimizin baş məşqçisi ola bilər
AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. Agentlər AFFA-ya xorvat mütəxəssis İqor Tudoru məsləhət görüb. Hazırda işsiz olan Tudor millimizin baş məşqçi postuna namizədlərdən biridir.
Daha öncə yığmamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersqovinanın baş məşqçisi olan Robert Prosineçki AFFA-ya həmyerlisi Slaven Biliçi məsləhət görmüşdü. Ancaq xorvatiyalı yığmamızda uğur qazanmaq potensialı görmədiyi üçün təklifi geri çevirmişdi.
Qeyd edək ki, 40 yaşlı baş məşqçi "Hayduk", PAOK, "Karabükspor", "Qalatasaray" və "Udineze" klublarını çalışdırıb.