Həbib Nurməhəmmədov reytinqində gerilədi

Həbib Nurməhəmmədov   reytinqində gerilədi
Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində bir pillə geriləyib.

 30 yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb. 

Qeyd edək ki, Konor Makqreqor 9-cu yerdədir. ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə H.Nurməhəmmədova uduzan irlandiyalı döyüşçü də bir pillə geriləyib.


OXŞAR XƏBƏRLƏR