Falcao “Qalatasaray”da

Falcao “Qalatasaray”da
Türkiyənin "Qalatasaray” klubu növbəti transferini reallaşdırır. 
 
Sfera.az xəbər verir ki, aslanlar məşhur futbolçu, kolumbiyalı Radamel Falcaonu transfer edir. Fransanın  "Monako” klubunda oynayan Falcaonun klubla müqaviləsi gələn  il sona çatır.  Fransız klubu yüksək maaş alan futbolçunu  icarəyə vermək istəyir. 
 
Kolumbiyalı futbolçunun meneceri Fatih İlek, Instagram paylaşmasında Falcaonun Türkiyəyə gələcəyini açıqlayıb.
 
Radamel Falcao, Monakoda bu il 16 matçda 7 qol vurub və bir qolun ötürməsini verib. 


OXŞAR XƏBƏRLƏR