\"Qarabağ\" üçün 2,5 milyonluq müdafiəçi-Foto

\
PAOK-un müdafiəçisi Yevgeni Xaçeridi karyerasını "Qarabağ"da davam etdirə bilər.
 
Bu barədə Yunanıstanın "Gazzetta.gr" saytı xəbər yayıb. İddiaya görə, Ağdam klubu ukraynalı futbolçuya rəsmi təklif göndərib. "Qarabağ" hazırda 31 yaşlı oyunçunu heyətinə qatmağa əsas namizəd hesab olunur. Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Ukraynalı müdafiəçinin transfer məbləği 2,5 milyon avrodur. Qeyd edək ki, Ukrayna mətbuatında da Yevgeni Xaçeridinin Azərbaycan klublarının birindən təklif aldığı barədə xəbər yayılıb.

OXŞAR XƏBƏRLƏR