İlin ən çox qazanan idmançısı nə Messidir, nə də Ronaldo-Siyahı

İlin ən çox qazanan idmançısı nə Messidir, nə də Ronaldo-Siyahı
"Forbes" 2018-ci ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib.
 
 2017-ci ilin iyunundan 2018-ci ilin iyunu arasındakı maaş, sponson gəlirləri və əlavə bonuslar hesablanaraq aparılan araşdırmaya əsasən, ilk onluqda 3 futbolçu yer alıb.
 
ABŞ boksçusu Floyd Meyvezerin 285 milyon dollarla birinci olduğu siyahıda Argentina millsiinin və "Barselona"nın hücumçusu Lionel Messi (111 milyon) ikinci pillədə yer alıb. Portuqaliya yığmasının və "Yuventus"un oyunçusu Kriştiano Ronaldo 108 milyon dollarla üçüncü olub. Neymar (Braziliya, PSJ) isə 90 milyon dollarla siyahının 5-ci pilləsində qərarlaşıb.
2018-ci  ilin ən çox qazanan idmançılarının siyahısı
 
1.Floyd Meyvezer  (ABŞ, boks) - 285 milyon dollar
 
2. Lionel Messi (Argentina, futbol) - 111  milyon dollar
 
3.Kriştiano Ronaldo (Protuqaliya, futbol) - 108 milyon dollar
 
4.Konor Makqreqor (İrlandiya, qarışıq üslubda (MMA) döyüşçü) - 99 milyon dollar
 
5.Neymar (Braziliya, futbol)- 90 milyon dollar
 
6.Lebron Ceyms (ABŞ, basketbol)- 85.5 milyon dollar
 
7.Rodcer Federer (İsveçrə, tennis) -77.2 milyon dollar
 
8.Stefan Karri (ABŞ, basketbol) - 76.9 milyon dollar
 
9. Matt Ryan (ABŞ, Amerika futbolu) -67.3 milyon dollar
 
10.Mettyu Stafford (ABŞ, Amerika futbolu) - 59.5 milyon
 


OXŞAR XƏBƏRLƏR