“Everton” qərar verdi: Cenk Tosun satılacaq
15:36 / 26.12.2018
2064
İngiltərənin "Everton” klubunda çıxış edən Türkiyə millisinin üzvü Cenk Tosunun taleyinə aydınlıq gəlib.
Sfera.az xəbər verir ki, klub 27 yaşlı hücumçunu icarəyə vermək niyyətində deyil. Premyer Liqa təmsilçisi yaxşı təklif gələcəyi təqdirdə, türk futbolçunu satmağı planlaşdırır.
Qeyd edək ki, 23 milyon avro qarşılığında "Beşiktaş”dan transfer edilən Türkiyə millisinin üzvü bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etdiyi 14 oyunda 2 qol vurub. Klub ona bəslənən ümidləri doğrultmayan futbolçunu yanvarda transferə çıxaracaq.