Çelsi və Milan iki ulduzu dəyişdilər

Çelsi və Milan iki ulduzu dəyişdilər
Milanda icarə əsasında çıxış edən Qonsalo İquain Çelsiyə keçməyə yaxındır.
 
Sfera.az xəbər verir ki, Çelsi Milana Qonsalo İquainin əvəzinə Alvaro Moratanı verəcək.
 
Xatırladaq ki, Milan bu yay forvardı Yuventusdan 18 milyon avroya icarəyə götürüb. Klubun onu 36 milyon avroya tam transfer etməyə hüququ da var.
 
Londonlular artıq yanvarda dəyişikliyi edərək yayda da İquaini Yuventusdan tam almağa razıdırlar.


OXŞAR XƏBƏRLƏR