Etna vulkanı yenidən püskürdü, şəhərlər küllə örtüldü

Etna vulkanı yenidən püskürdü, şəhərlər küllə örtüldü
İtaliyanın cənubunda yerləşən Siciliya adasındakı Etna vulkanı yenidən püskürüb.
 
Sfera.az "The Independent” nəşrinə istinadən bildirir ki, havaya buraxılan külli miqdarda kül Kataniya hava limanının işini dayandırıb. Yeni püskürmə qeyri-adi seysmik aktivliklə müşahidə olunub. 130-dan çox təkan qeydə alınıb. Dünən bunlardan ən yüksəyi 4 bala çatıb. Artıq turistlər Etna dağının ətəyindən evakuasiya olunublar. Təlafat və xəsarət barədə heç bir məlumat yoxur. Ətrafdakı bir neçə şəhərin küçələri küllərlə örtülüb. Turistlər Kataniya şəhərindəki aeroportun üzərindəki küllərin çəkilməsini gözləyirlər.
 
Etna İtaliyadakı 3 ən aktiv vulkandan biridir və hündürlüyü 3300 metrə çatır. Vulkan bu ilin iyul ayından aktivlik göstərməyə başlayıb. Onun öncəki aktiv fəaliyyəti isə 1992-ci ildə baş verib. O zaman Cafferana şəhəri az qala küllər altında qalmışdı. 
 
 

OXŞAR XƏBƏRLƏR