Mourinyo \"Mançester Yunayted\"dən qovuldu

Mourinyo \
Dünya şöhrətli məşqiçi Joze Mourinyo "Mançester Yunayted"-in baş məşqçisi postundan qovulub.
 
Sfera.az xəbər verir ki, bu haqda ingilis mətbuatı yazıb.  
 
Yaxın günlərdə baş məşqçi vəzifəsini icra edəcək şəxsin kimliyinə aydınlıq gətiriləcək.  
Mourinyonun rəhbərliyi altında "Manchester United”  2016-cı ilin yazında İngiltərə Super Kubokunu,   İngiltərə Liqası Kubokunu və Avropa Liqasını qazanıb.

Bu mövsüm "Mançester Yunayted" Premyer Liqanın altıncı yerindədir. 17 matçdan sonra 26 xal toplayıb. Klub, liderliyindəki "Liverpul" dan  19 xal geridə qalır. 


OXŞAR XƏBƏRLƏR