Ronaldonun adı narkotika ticarətində-FOTO

Ronaldonun adı narkotika ticarətində-FOTO
"Yuventus"un və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo adı bu dəfə daha maraqlı bir hadisədə hallanıb.
 
Sfera.az xəbər  verir ki, Fransa polisinin aeraportda müsadirə etdiyi narkotikaların üzərindən Ronaldonun şəkilləri çıxıb. 
 
Hadisə Fransanın Buş-dü-Ron departamentində baş verib. Üzərində Ronaldonun şəkilləri olan paketlərdən 517 qram əsrar və 50 qram kokoin çıxıb. 

Qeyd edək ki, ötən il Peruda "Barselona" və Argentina millisinin üzvü Lionel Messinin üzərində fotoları olan paketlərdən 1 kq 417 qram kakoin aşkarlanmışdı.


OXŞAR XƏBƏRLƏR