Bakı-Sumqayıt qatarlarında gedişhaqqı - Açıqlaması
Cəmiyyət
08:00 / 16.09.2015
1866
Bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, hazırda Tarif (qiymət) Şurası sözügedən məsələ ilə bağlı təklifləri dəyərləndirir: "Ya bu gün, ya da sabah Tarif (qiymət) Şurası qiymətləri elan edəcək. Təbii ki, ekonom-siniflə biznes-sinifin qiymətində fərqli rəqəmlər olacaq. Yəqin ki, biznes-sinifdə qiymət 70 qəpikdən yuxarı olacaq. Amma indidən konkret qiyməti açıqlaya bilmərəm".
Xatırladaq ki, sentyabrın 12-də Bakı-Sumqayıt sərnişin qatarı istifadəyə verilib. Qiymətlər müəyyənləşənə qədər sərnişinlər qatarlardan pulsuz istifadə edəcəklər.(Trend)