Ruben Vardanyanın məhkəməsi BAŞLAYIR

Ruben Vardanyanın məhkəməsi BAŞLAYIR

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

 

Belə ki, Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

 

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycanının Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

 

Həmçinin o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

 

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

 

İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

 

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Kiberdələduzluq hallarında cinayətkarlar necə müəyyənləşdirilir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

Bakı Kitab Mərkəzində “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   Sfer...

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.   Sfera.az xəbər verir ki,  bu f...

"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.   Maraqlıd...

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: "Caller ID Spoofing" nədir, necə tətbiq olunur? - XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...