Bayram günlərində necə qidalanmalıyıq? - Mütəxəssislərdən TÖVSİYƏ

Bayram günlərində necə qidalanmalıyıq? - Mütəxəssislərdən TÖVSİYƏ

Yeni il bayramı kimi xüsusi günlərdə insanlar çox vaxt həddindən artıq qida qəbul edirlər. Bu da həzm problemlərinə və ya bayramdan sonra çəki artımına səbəb ola bilər. 

 

Sfera.az bildirir ki, mütəxəssislərin tövsiyələrinə görə, bayram günlərində qidalanmaya diqqət yetirmək vacibdir. 

 

Bunlardan biri balanslı qidalanmadır. Mütəxəssislər bildirirlər ki, hər növ qida qrupundan balanslı şəkildə yemək lazımdır. Yəni tərəvəzlər, zülallar, tam taxıllar və sağlam yağlar birgə qəbul edilməlidir. Bayram süfrəsindəki müxtəlif qidalar arasında tarazlıq saxlamaq insanlara bu baxımdan kömək edir. 

 

Eyni zamanda süfrədə çox yemək olsa da, kiçik porsiyalar seçmək və hər şeyi az-az dadmaq mədəni yüklənmənin qarşısını alır. Bu, həmçinin həddindən artıq kalori qəbulunun qarşısını alır. Diyetoloqlar bildirirlər ki, bayram vaxtı çox şirniyyat və ya yağlı qidalar yeyildiyinə görə, bədənin maye balansını qorumaq vacibdir. Buna görə də bol su içmək lazımdır.

 

Həmçinin əsas vacib məsələlərdən biri, şirniyyatlarla bağlıdır. Belə ki, bu cür qidalar bayramın ayrılmaz hissəsidir, amma onların həddindən artıq istifadəsi şəkər səviyyəsinin yüksəlməsinə və çəki artımına şərait yaradır. Şirniyyatları məhdudlaşdırmaq və meyvə kimi daha sağlam alternativlər seçmək tövsiyə olunur.

 

Ümumiyyətlə, yeməkləri yavaş-yavaş çeynəmək toxluq hissini artırır. Bu, həddindən artıq yeməyin qarşısını alır.  Yeməkdən sonra gəzintiyə çıxmaq və ya bir az hərəkət etmək də həzmə kömək edir. Bu hal bayram ərzində alınan əlavə kaloriləri yandırmağa kömək edir. Bu məsləhətlərə riayət etməklə bayram günlərini daha sağlam şəkildə keçirmək mümkündür.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan...

Hakan Fidan: Azərbaycan ən çətin günlərimizdə yanımızda olub

Azərbaycan ən çətin günlərimizdə yanımızda olub.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azə...

Azərbaycan XİN başçısı türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırıb.   Sfera.az xəbər verir ki, nazir C.Ba...

Zirədə istixanadan 5 min manatdan çox oğurluq oldu

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirli...

Zaur Əliyev yeni vəzifəyə seçildi

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərki...