Moskva Qarabağı Azərbaycana qaytarır – CİA-nın “kölgəsindən” şok məqalə

Moskva Qarabağı Azərbaycana qaytarır – CİA-nın “kölgəsindən” şok məqalə

“Dağlıq Qarabağda uzun müddətdir dondurulan münaqişə yaxın aylarda əhəmiyyətli dərəcədə dəyişə bilər. Son dövrlər Azərbaycan Qarabağda mövcud status-kvonu aradan qaldırmaq üçün addımlar atır. Lakin Rusiya regionda təsir imkanlarının saxlamaq üçün bölgəyə öz qüvvələrini yeridə bilər”. 

 Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi hesab olunan “Stratfor” mərkəzi tərəfindən hazırlanan analizdə deyilir.Mərkəz qeyd edir ki, 1990-cı illərin əvvəllərində sındırılan Rusiya heç bir seçimə malik deyildi, lakin özünü itirən Kreml özündə Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanını qoparmaq üçün maliyyə və güc tapa bildi: “Sonrakı illərdə Rusiya öz təsir dairəsini genişləndirə bildi, qondarma dövlətlər yaratdı. Bu sistemlə o, digər ölkələrə təzyiq etmək imkanını əlində saxlayır. Rusiya daha sonra Krımı Ukraynanın əlindən aldı və bu ölkəni şərqində Luqansk, Donetsk kimi separatçı rejimləri qurdu. Lakin siyahı bununla bitmir, hazırda Kremlin əsgərləri Suriyadadır və hesab etmək mümkündür ki, Moskva dəstək verdiyi Əsəddən yeni nəsə qopartsın. Dağlıq Qarabağdan başlayan separatçı siyasət Ukraynadan Suriyaya qədər uzanır. 

Bu bahalı cəhdlərdir, lakin onun arxasında geosiyasi məntiq də dayanır. Şərqi Ukraynada Rusiya Dnepr çayı istiqamətində genişlənmək istəyir.Bu, ona Luqansk və Donetsklə birbaşa əlaqə yaratmağa imkan yaradacaq. Bununla NATO-Kiyev ittifaqının genişlənməsinə qarşı mükəmməl bufer zona da yaradır. Krımda möhkəmlənməklə Qara dənizdə hərbi donanmasını gücləndirən Rusiya Aralıq dənizinə də çıxış əldə edə bilər. Digər tərəfdən, Rusiya Suriyada Əsədə dəstək verməklə Latakiya və Tartus limanlarındam möhkəmlənərək, Aralıq dənizində rahat hərəkət etməsini təmin edir. Gürcüstanın ərazilərinin bir hissəsini tamamilə əlində saxlayan Rusiya Ermənistanın tək patronudur. Moskva Qarabağ üzərindən Azərbaycana da təsir edir. Beləliklə, onun Qafqazda öz buferini möhkəmləndirmək imkanları genişlənir”. 

 “Stratfor” yazır ki, Qafqazda silkələnmə labüddür. Mərkəzə görə, Rusiyanın Qafqaz strategiyasında Dağlıq Qarabağ münaqişəsi məqsədli şəkildə dondurulmuş vəziyyətdə saxlanılır: “Rusiyanın Ermənistandakı hərbi bazası və 5 min əsgəri Ermənistanın nəzarətdən çıxmağına imkan vermir. Lazım olanda bu ölkə öz patronunun dediyi ilə razılaşmaq məcburiyyətindədir. Azərbaycan və Rusiya son aylarda münaqişə ilə bağlı ciddi müzakirələr aparır. Fikrimizcə, Qarabağ kartından istifadə edərək Bakını öz tərəfinə çəkmək istəyir. Hərçənd, Azərbaycan onilliklər ərzində balans siyasəti ilə həmişə diqqət çəkir”.Məqalədə bildirilir ki, Azərbaycan ATƏT vasitəçilərinin münaqişənin həllində irəliləyişə nail olmasını istəyir: “Ermənistan isə hazırki üstünlüyünü əldən vermək niyyətində deyil. Əgər əməliyyatlar yenidən başlasa, Rusiya münaqişənin həllində əsas vasitəçi olmaq və problemi həll edərək, Bakının dəstəyini qazanmaq istəyirsə, o zaman, tək yol Ermənistanı Dağlıq Qarabağ siyasətinə yenidən baxmağa məcbur etməkdir”.


OXŞAR XƏBƏRLƏR

“Ganjavi Holding” mukafata layiq görüldü

Elşən Gəncəvinin prezident olduğu "Ganjavi Holding” şirkəti "Rich Events Group” şirkətinin təşkilatçılığı və "İslahat.az” xəbər...

Ruben Vardanyanın məhkəməsi BAŞLAYIR

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayət...

Şagirdlərin yerdəyişməsi müvəqqəti DAYANDIRILIR

2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq gələn ilin 6 yanvar, saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi m...

Putin İlham Əliyevdən ÜZR İSTƏDİ - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezid...

Qış aylarında kondisionerdən istifadə edənlərin NƏZƏRİNƏ!

Qış aylarında kondisionerdən istifadə evlərin və ofislərin isinməsi üçün əlverişli bir seçim olsa da, düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq və ekoloji ...

Gələn il üçün maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % ço...