Qatı südü ev şəraitində belə hazırlayın - Çox sadə
Cəmiyyət
08:23 / 16.09.2015
1589
Uşaqların, eləcə də böyüklərin çox sevdiyi qatı südün ev şəraitində necə hazırlandığını çoxlarınız bilmirsiniz.
Sfera.az hazırlanma qaydasını sizə təqdim edir:
Lazım olacaq :
200 qr süd
200 qr şəkər
20 qr kərə yağı
Hazırlanması :
Bütün inqredientlər qazanda (daşmaması üçün dərin qazan götürülməsi məsləhətdir) qarışdırılır.
Vam odda qaynadılır. Qaynadıqca köpüklənib qalxacaq. Bu cür 10 dəqiqə qaynadılır. 10 dəqiqədən sonra məhlul duru görünə bilər, ancaq soyuduqca qatılaşacaq. Şüşə qaba töküb soyuducuya qoyulur. Bir neçə saatdan sonra məhlul daha da qatılaşacaq.(atv.az)
Sfera.az