Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi

Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi

Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib. 

 Bunu Trend-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib. 

 S.Məmmədova bunu Azərbaycanın qarşıdakı illərdə bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyi ilə izah edib: “Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb”. 

 Qeyd edək ki, bu gün 2024-cü il Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb. Namizəd şəhərlər Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb.


OXŞAR XƏBƏRLƏR

Lalə Azərtaşa balta ilə hücum edən şəxs həbs edildi - VİDEO

Ötən gün səhər saatlarında "Xəzər" televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə s...

Yeni il süfrəsi təxminən neçəyə başa gələcək? - Bazarlardakı QİYMƏTLƏR

Yeni il ərəfəsi ənənəvi olaraq bazarlarda canlanma dövrüdür. Azərbaycanda bu dövr ərzində əsas ərzaq məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə o...

2025-ci ildə baş verəcək astroloji hadislər bürclərə necə təsir edəcək?

2025-ci ildə bir neçə əhəmiyyətli astroloji hadisə olacaq. Bunlar isə bürclərin həyatına müxtəlif təsirlər göstərə bilər.    Sfera.az gələn il b...

“Ganjavi Holding” mukafata layiq görüldü

Elşən Gəncəvinin prezident olduğu "Ganjavi Holding” şirkəti "Rich Events Group” şirkətinin təşkilatçılığı və "İslahat.az” xəbər...

Ruben Vardanyanın məhkəməsi BAŞLAYIR

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayət...

Şagirdlərin yerdəyişməsi müvəqqəti DAYANDIRILIR

2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq gələn ilin 6 yanvar, saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi m...