Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA

08:58 / 27.05.2018
4246
Ürək çatışmazlığından əziyyət çəkən insanlarda ölüm riski digərlərindn daha çoxdur. Bunun üçün də mütləq sağlam, fəal həyat tərzinə üstünlük vermək lazımdır.
Sfera.Az publika.az-a istinadən xəbər verir ki, son vaxtlar ürək xəstəliklərinin əsas mənbəyi insanların oturaq həyatı və sosial şəbəkələrə qarşı yarınan həddən artıq bağlılıqdır.
Amerikada həddi buluğa çatmış insanlar üzərində aparılan təcrübələr nəticəində məlum olub ki, 6 milyondan çox amerikalı ciddi ürək xəstəliklərindən əziyyət çəkirlər. Dərin depresiya, həyəcan, tükənmişlik sindromlarına gətirib çıxaran bu halların başında daimi sosial şəbəkələrdən istifadə durur.
Lakin artıq insanların qanına hopmuş bu aslılıqdan can qurtarmaq mümkün deyil. Çünki həkimlər hər an xəstələrin yanında olub, onların həyatına müdaxilə edəcək gücdə deyirlər. Bu baxımdan, insan özünə məhdudiyyət qoymağı bacarmalıdır.