Türkiyə və İranda milli pul ucuzlaşır –Azərbaycan nə qazanır, nə itirir?

20:00 / 27.05.2018
3745
"Türk lirəsinin və İran realının ucuzlaşması Azərbaycanın qeyri-neft sektoruna ziyan vura bilər”
Azərbaycan Dövlət Neft Fondu da bu prosesdən narahat deyil.
İdxal- ixrac
Azərbaycanın Türkiyə ilə idxal-ixrac əməliyyatı ümumi ticarət dövriyyəsinin təxminən 12 faizini əhatə edir. Rəsmi statistikaya görə, 2016-ci ildə Azərbaycanın ticarət dövriyyəsinin ümumi həcmi 18 milyard dollara yaxın olub. Bunun çoxu Rusiya, Çin, Türkiyə və Böyük Britaniyanın payına düşüb. İran İslam Respublikası bu sıralamada 13-cü yerdə qərarlaşıb. İqtisadiyyat naziri Şahin Mustafayev bu ilin martında deyib ki, İranla ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb.
İrandan isə diri balıq, təbii bal, canlı bitkilər, kəsilmiş güllər, bəzi kənd təsərrüfatı və ərzaq məhsulları və digər mallar gətirlir. Türkiyəyə daha çox neft-qaz ixrac edən Azərbaycan İrana daha çox qeyri-neft məhsulları göndərir. Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilmiş statistik məlumatların təhlilindən məlum olur ki, neft sektounu çıxmaqla, Azərbaycan İran və Türkiyədən daha çox adda mal alır, nəinki bu ölkələrə ixrac edir.
SOCAR hələ bilmir
SOCAR Türkiyədə bir neçə şirkətə sahibdir. Bunlardan ən böyüyü SOCAR Türk Enerji AŞ-dir. Şirkət sözçüsü İbrahim Əhmədov "BBC Azərbaycanca”ya deyib ki, qurumun gəlirləri həm dollarladır, həm də lirəylə. "Buna görə də gəlirlərlə xərclər bir-birilə qarşılaşıb tarazlana bilir", o əlavə edib. Buna baxmayaraq, cənab Əhmədov bildirib ki, valyuta devalvasiyasının mənfi və ya müsbət təsirlərini ilin yekununda qiymətləndirmək olacaq.
Neft Fondunun lirəsi var
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin idarə olunması strategiyasının uzunmüddətli dövr üçün nəzərdə tutulduğunu deyərək maliyyə bazarlarındakı ” qısamüddətli dalğalanmaları ziyan və təhlükə” hesab etmədiyini bildirir. Fondun mətbuat xidmətindən bildirilib ki, onun vəsaitləri ABŞ dolları, avro və ingilis funt sterlinqi də daxil olmaqla 18 valyutada ifadə olunan aktivlərə investisiya edilib: "Onlardan biri də türk lirəsidir və bu valyuta Fondun investisiya portfelinin 0,8 faizni təşkil edir”, – açıqlamada deyilir.
İranda isə rialın dollara nisbətdə diqqət cəlb edən məzənnə itkisinin səbəbləri ABŞ-ın İranla nüvə sazişindən çıxması və ABŞ prezidenti Donald Trump-ın İrana qarşı sanksiyaları ağırlaşdırıacağı hədəsində axtarılır.
"Türkiyədən gələn mallar ucuzlaşa bilər”
Təhlilçi azərbaycanlı sahibkarların Türkiyəyə böyük həcmdə investisiya yatırdığını və daşınmaz əmlak bazarından istifadə etdiyini deyərək, onların bu ucuzlaşmadan zərərli çıxacağını proqnozlaşdırır.
"Manat təzyiq altına düşür”
Samir Əliyevin sözlərinə görə, Türkiyəyə və İrana ixrac edilən məhsullar o ölkələrin bazarlarında baha qiymətə olacağı üçün rəqabətdə uduzacaq: "Neft bahalaşır, narahatam ki, qonşu ölkələrdə baş verən proseslər hökuməti qeyri-neft sektorunun inkişaf etdirmək planından əl çəkməsinə səbəb olsun və fokusu yenidən neft sektoruna yönəltsin”.
Samir Əliyev hesab edir ki, rialın ucuzlaşması Azərbaycana İrandan gələn turistlərin sayına mənfi təsir göstərəcək. "Amma Azərbaycandan səhiyyə məsələləri ilə bağlı İrana gedənlər, əksinə, arta bilər”, – deyə o əlavə edib.