Yaşıl çayın yağı da möcüzə imiş

Yaşıl çayın yağı da möcüzə imiş

 

Yaşıl çayın sağlamlıq üçün çox faydalı olduğunu artıq bilməyən yoxdur. Bir çox insan sağlam həyat tərzini seçdiyi üçün qara çay əvəzinə yaşıl çaydan istifadə edir.

 

Aparılan araşdırmalar göstərib ki, yaşıl çayın yağı da ən az çayı qədər faydalıdır. 

 

Sfera.az bu möcüzə yağın faydalarını araşdırıb:

 

Yaşıl çay yağı dərinin nəmlənməsini təmin edir, qırışları azaldır, sızanaqların meydana gəlməsinin qarşısını alır. Antioksidantlarlazəngin olduğu üçün dərinin yenilənməsini təmin edir.


Bəs bu yağdan necə istifadə etmək olar?


 

Yaşıl çay yağı aromaterapiya və masaj üçün istifadə edilən təbii yağlardan biridir. Eyni zamanda stress səbəbi ilə baş verən xroniki yorğunluq, əzələ ağrıları zamanı da təsirlidir. Hava çirkliliyi, stress, günəş, istilik dərini yaçlandırır və dəri toxumalaırnı məhv edir.

Yaşıl çay yağı bu mənfi faktorların dəri üzərindəki təsirlərini yüngülləşdirir.


Həddindən artıq yağlı və ya quru dərilərdə nəm nisbətini balanslaşdıraraq dərini yumşaldır. Dəriniz sızanağa meyillidirsə, yaşıl çay yağı artıq yağdan və ölü dəri hüceyrələrinu təmizləyərək sızanağa səbəb olan bakteriyaları azaldacaq.


 

Yaşıl çay yağı saçlar üçün də faydalıdır. Saç dərisinin yağdan təmizləmək və nəmləndirmək üçün yaşıl çay yağından istifadə etmək olar. O, yağ olmasına baxmayaraq saçı yağlandırmır, əksinə saç dərisinin yağlılığını azaldır.

 

Ekzama kimi dəri xəstəlikləri zamanı da yaşıl çay yağı tövsiyə edilir.

 

Bu yağ qaşıntının qarşısını alır.

 

Lalə Nəsirova 


OXŞAR XƏBƏRLƏR