Bu da Putinin “Xəncər”i – VİDEO

Bu da Putinin “Xəncər”i – VİDEO
Rusiya prezidenti Vladimir Putinin martın 1-ində Federal Məsclisdəki çıxışı zamanı təriflədiyi"Xəncər” ("Kinjal”) adlı raketin görüntüləri yayılıb.

Sfera.azxarici mətbuata istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi raketin Rusiyanın cənubundakı hərbi bölgədə sınaqdan keçirldiyini açıqlayıb. Məlumata görə, raket "MİG-31” adlı təyyarədən buraxılıb və müəyyən edilən hədəfi vurub.

 

Qeyd edək ki, Rusiya "Xəncər”in dünyadakı ən sürətli raket olduğunu iddia edir. Ancaq mütəxəssislər bunun real olması üçün raketin səs sürətindən 5 dəfə sürətli hərəkət etməli olduğunu, belə bir texnologiyanın isə mövcud olmadığını bildirirlər.

 

 

Lalə Nəsirova

 


= ]

 


OXŞAR XƏBƏRLƏR