Polşa Almaniyadan təzminat istəyir - 850 milyard dollar

Polşa Almaniyadan təzminat istəyir - 850 milyard dollar
İkinci Dünya müharibəsində Polşaya Almaniya tərəfdən dəyən ziyanın 850 milyard dollar olduğu təxmin edilir.

Sfera.az Polşa mətbuatına istinadən xəbər verir ki, rəsmi Varşava məhz bu məbləği Berlindən tələb etmək niyyətindədir. Polşa Seyminin təzminat komissiyasının rəhbəri Arkadyuş Mulyarçik bildirib ki, bu il komissiya Polşa hökumətinə Almaniya Federativ Respublikasından tələb edə biləcək təzminatların miqdarı barədə qiymətləndirmə hesabatını təqdim edəcək.

"Biz böyük, lakin əsaslandırılmış məbləğlərdən danışırıq. Dağıdılmış şəhər və kəndlər, bərbad günə qalmış demoqrafiq vəziyyəti nəzərə alırıq”, -  deyə Mulyarçik əlavə edib.

O deyib ki, Rusiyadan da təzminat istəməyə haqqları var, ancaq bunu etmək mənasızdır, Rusiya beynəlxalq qanunlara hörmət etmir.

OXŞAR XƏBƏRLƏR