Ermənistanın yeni prezidenti kimdir? - Alimlikdən prezidentliyə...

Ermənistanın yeni prezidenti kimdir? - Alimlikdən prezidentliyə...
Hakim partiyadan olan Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçildi.
 
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, yeni konstitusiyaya əsasən onu parlamentin deputatları seçib.

Bundan sonra Ermənistan prezidentinin səlahiyətləri məhdudlaşdırılacaq. Eynən Almaniya və Fransadakı kimi. Ölkədə əsas idarəçilik baş nazirin əlində cəmləşəcək.

Seçilməsi üçün Sarkisyana parlamentdəki 105 deputatdan 79-nun səsi lazım idi. "Respublikaçılar” və "Daşnaksityun” partiyası , həmçinin müxalif "Sarukyan” partiyası onun namizədliyini dəstəkləyib.

Yalnız "Elk” partiyası Armen Sarkisyanın əleyhinə səs verib. Bununla da hakim partiyanın namizədi lazım olan səsi topladı. Hazırki prezident Serj Sarkisyanın prezidentlik müddəti isə 9 apreldə başa çatır.

Armen Sarkisyan sovet dövründə Ermənistanın ən perspektivli fizika alimlərindən hesab edilirdi. 1984-85-ci illərdə Kembric Unuversitetində işləməyə dəvət alıb. Sonra Moskvada işləyib, 90-cı illərdə yenidən Britaniyaya qayıdıb.

Ermənistanın Britaniyada ilk səfiri işləyib. O, 96-97-ci illərdə Ermənistanın baş naziri olub. Davostakı forumun daimi iştirakçılarındandır.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...