“BakuBus”da qəribə oğurluq - VİDEO

“BakuBus”da qəribə oğurluq - VİDEO
"BakuBus"a məxsus 99-JX-116 dövlət qeydiyyat nişanlı avtobusda qəribə oğurluq hadisəsi olub.
 
"Baku Bus" MMC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə, 06.02.2018-ci il tarixində saat 20:08 radələrində avtobus 8 saylı marşrut xətti üzrə 28 May metro stansiyasından Azadlıq metro stansiyası istiqamətinə hərəkət edərkən, Bakı Dövlət Sirki dayanacağı yaxınlığında baş verib.

Qurumun yaydığı videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gedişhaqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olub. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayıb, sonra onu qoparmaq üçün yaxın oturacaqda əyləşib. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün özləri ilə götürdükləri kəsici alətlə simi kəsiblər. Çəkici götürəndən sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşıblar. 

"Baku Bus" MMC həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün bütün hüquqi prosedurları həyata keçirməkdədir.
 
Sfera.az
 
]

 


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...