Bakıda 13 yaşlı qız yoxa çıxıb: Onun oğurlandığı iddia edilir - VİDEO

Bakıda 13 yaşlı qız yoxa çıxıb: Onun oğurlandığı iddia edilir - VİDEO
 Bakıda 13 yaşlı qız itkin düşüb.

Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi 5 d ünvanında yaşayan 13 yaşlı Nəsibə Mirzəyeva iki gün əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan sonra uşağın valideynləri polisə müraciət ediblər. Uşağın atası Namiq Mirzəyev "Xəzər Xəbər"ə bildirdi ki, qızı evdən çıxarkən əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub. Ata iddia edir ki, Nəsibə Mirzəyevanı tanımadığı şəxslər aldadaraq oğurlayıblar.

Namiq Mirzəyevin sözlərinə görə, qızı bir neçə dəfə həyətdə kiminləsə söhbət edib. Bu isə atasında şübhələr yaradıb. Buna görə də qızına evdən çölə çıxmaması ilə bağlı xəbərdarlıq edib.

Atası deyir ki, Nəsibə Mirzəyevanın telefonu olmayıb. O, qızını hətta məktəbə getməyə də qoymurmuş. Üç qız atası olan Namiq Mirzəyev indi övladının tapılmasını istəyir.

Faktla bağlı Sabunçu rayonu 14-cü polis bölməsində araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...