Azərbaycanda ucuz taksi dövrü bitdi: gedişhaqqı artırıldı

09:32 / 28.11.2017
984
Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.
Sfera.az a24.az-a istinadən xəbər verir ki, artıq banklardan müştərilərinə bununla bağlı mesaj göndərilir.
Mesajda bildirilir ki, ölkə daxilində xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% ƏDV tətbiq ediləcək.
Bankın bu yeniliyi müştərilərin etirazına səbəb olub.