Azərbaycanda təhlükəli viruslarla bağlı vəziyyət açıqlandı

Azərbaycanda təhlükəli viruslarla bağlı vəziyyət açıqlandı
 Bu il ərzində Azərbaycana hər hansı bir təhlükəli virus daşıyan insanın gəlməsi qeydə alnmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

R.İsmayılova bildirib ki, ümumiyyətlə son 3 il ərzində belə bir hal baş verməyib: "Taun Əleyhinə Stansiya beynəlxalq standartlara uyğun bir laboratoriyadır. Hər hansı təhlükəli virusla bağlı şübhələr olduqda, nümunələr bizim stansiyaya göndərilir. Son 3 il ərzində Azərbaycana gələn hər hansı əcnəbidə və ya xaricə gedib ölkəyə qayıdan Azərbaycan vətəndaşında heç bir təhlükəli virus aşkar olunmayıb”.

Respublikada viruslarla bağlı vəziyyətə toxunan R.İsmayılova qeyd edib ki, Azərbaycanda hazırda hər hansı təhlükəli virus yoxdur: "Müayinələr aparılır, virus aşkar olunmayıb”.

Dövlət Gömrük Komitəsindən isə Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyindən xarici ölkələrdə xüsusi təhlükəli xəstəliklərin baş verdiyi haqqında məlumatlar daxil olduqda gömrük sərhəd buraxılış məntəqələrində digər dövlətlərdə baş vermiş virusların törətdiyi xəstəliklərin ölkəmizin ərazisində yayılmasının qarşısının alınması məqsədilə gömrük orqanları sanitariya nəzarəti çərçivəsində müxtəlif tədbirlər həyata keçirir.

Ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, onlar sorğu-sual edilir, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən "Termovizor” aparatı vasitəsi ilə nəzarət edilir.

Xəstəliyə şübhəli şəxslər aşkar olunduqda həmin şəxslər gömrük sərhəd buraxılış məntəqələrində təşkil edilmiş izolyator tipli xüsusi otaqlarda yerləşdirilir və bu barədə Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xüsusi məlumatlandırma sxeminə əsasən, aidiyyəti tibb müəssisəsinə operativ məlumat verilir.

Bundan əlavə, gömrük sərhəd buraxılış məntəqələrinin aidiyyəti ərazilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...