Səbaildə Gənclər günü münasibəti ilə tədbir - FOTO

Səbaildə Gənclər günü münasibəti ilə tədbir  - FOTO

2 Fevral - Gənclər günü münasibəti ilə Səbail Rayon Gənclər və İdman İdarəsi və YAP -ın rayon təşkilatı birgə tədbir keçirib.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev açıb. Deputat bu günün qeyd olunmasını və 2007-ci ilin “Gənclər ili” elan edilməsini ölkə tarixində əlamətdar bir hadisə olduğunu vurğulayıb: “2011-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” təsdiq olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir”.

Tədbirdə qeyd olunub ki, Səbail rayon əhalisinin təqribən 26,0 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edib.

Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov və rayonun fəal gəncləri rayonda gənclərlə bağlı görülən işlər və keçirilən tədbirlərdən danışıb.

Tədbirin sonunda rayonun içtimai-siyasi həyatında fərqlənən bir qrup gənc Fəxri Fərman və hədiyyələrə təltif olunub.

Səbaildə

OXŞAR XƏBƏRLƏR