İlham Əliyev sərəncam imzaladı

18:24 / 02.08.2017
1139
Azərbaycan Prezidenti İlham Əliyev "20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az-n məlumatına görə, sərəncamda qeyd olunur ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə "20 Yanvar Şəhidi” fəxri adı verilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.