3 uşağını ataraq sevgilisi ilə qaçan qadın tapıldı - FOTOLAR

3 uşağını ataraq sevgilisi ilə qaçan qadın tapıldı - FOTOLAR
Anası tərəfindən tərk edilən və ötən ayın əvvəli nənəsinin çölə atdığı uşaqlarla bağlı yeni xəbər var.
AzadQadin.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib.

"Bu 3 azyaşlı uşaq bir ay bundan qabaq polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər. Həmən gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlarımız davam edirdi. Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV -i ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana tapılıb sığınacağa gətirildi. 7 ayda bir dəfədə olsun uşaqlarından xəbəri olmayan "ana"nın göz yaşı mənə inandırıcı belə gəlmir!", - deyə sədr müavini söyləyib.



Vasif Akifli onu da bildirib ki, artıq nənə və ana ilə bağlı məhkəməyə müraciətlər hazırlanır: "Layiqli cəzalarını almalı və hamı da görməlidir ki uşaqlar tək deyil....Zəif, gücsüz ola bilərlər , istədiyiniz yerdə ata bilərsiz amma tək deyillər!!!! 

Çox acıdı bu səhnələri görmək... Çox ağırdır mütəmadi olaraq bu hadisələrin içində işləmək. Bəzən yaşadığım cəmiyyətdə belə analar, belə ailələr olduğu üçün nifrət edirəm hər şeyə....axı biz Azərbaycanlıyıq...Bizim milli dəyərlərimiz, ailə tərbiyəmiz ,namus kodeksimiz hansı ara bu tip mənfi insanların oyuncağına çevrildi? Niyə bu qədər real müsbət nümunələr olduğu halda belə mənfilər olmalıdır? Kim və necə dayan desin bu gedişata ???"

Qeyd edək ki, ana Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını atıb və başqası ilə qaçdığı söylənilirdi. Qızı qaçdıqdan sonra isə uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub. 

Uşaqların ana və atası ayrılıblar.



OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...