Yevlax xəstəxanası yanır: Xəstələr təxliyyə olunur
16:41 / 27.07.2017
1652
Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.
Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.
Xəstəxanadan verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb:
"Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür". (report)
Sfera.az