Canavarlar DSX-nin hərbçisinə hücum edib

Canavarlar DSX-nin hərbçisinə hücum edib

Zaqatala rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi və mülki şəxsə canavar hucum edib.

Canavarların hücumuna məruz qalan, rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov kəllənin gicgah nayihəsindən, Zaqatala Sərhəd Dəstəsinin (SD) əsgəri 19 yaşlı Bəxşiş Ərişad oğlu Əsgərov isə bədənin kürək nahiyəsindən ağır xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Məlum olub ki, 16 yaşlı Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədinə yaxın ərazidə, Aşağı Çardaqlar kəndi ərazisində meşə masivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hucumuna məruz qalıb.

M.Məmmədov həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib. Eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala SD-nin əsgəri B.Əsgərova hücum edərək onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar.

M.Məmmədovun müalicəsi Zaqatala RMX-nın infeksiya şöbəsində davam etdirilir. Ə.Əsgərov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki hərbi hospitallardan birinə göndərilib. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...