Siyəzəndə sərnişin avtobusu dağdan aşdı - 10 yaralı

Siyəzəndə sərnişin avtobusu dağdan aşdı - 10 yaralı

23:10

Siyəzən rayonunda ağr yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə az öncə baş verib.

Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfər yaralı olduğu bildirilib.

Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.

***

Qəza zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb.

Yaralanan şəxslərin bəzilərinin adı artıq müəyyənləşib:

Salamov Pərviz Fəxrəddin oğlu - 1990 təvəllüdlü

Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü

Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü

Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü

Digər yaralıların adları hələlik bilinmir.

Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.

***

APA Siyəzən Polis Şöbəsinə istinadla daha 2 ağır yaralının adını müəyyənləşdirib. Bunlar Siyəzən rayon sakinləri 1988-ci il təvəllüdlü Cavid Əzimov və 1982-ci il təvəllüdlü Elçin Balabəyovdur.

Balabəyov Firuz Canlar oğlunun da ağır yaralı olduğu bildirilib.

***

Siyəzən Regional Doaqnostika Mərkəzindən Sfera.az-a verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya 10 yaralı gətirilib.

"10 nəfərin heç biri ağır yaralı olmayıb, reanimasiya şöbəsinə də kimsə yatırılmayıb. Yaralılar müayinədən sonra ambulator müalicəyə göndərilib", - Mərkəzdən qeyd edilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR