Nazirliyin əməkdaşlarına hücum edilib: 14 nəfərlik dəstə

Nazirliyin əməkdaşlarına hücum edilib: 14 nəfərlik dəstə

İyulun 1-i gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin "QAZ 66" markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin motomişarla ağacları kəsdiyinin şahidi olublar.

Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib, əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər.

Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.

Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən ETSN-yə meşə işçilərindən şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.

Qeyd olunub ki, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Funt sterlinqin ucuzlaşması davam edir - SON MƏZƏNNƏ

  Britaniyanın milli valyutası olan funt sterlinq bu həftə ABŞ dolları qarşısında bir qədər də ucuzlaşıb.   Sfera.az beynəlxalq birja məluma...

Baş prokuror Salyanda vətəndaşları qəbul etdi - FOTO

Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon, Şirvan şəhər və digər bölgələrdən olan ...

"Bizə düşmən dövlətdir, ərazi iddiaları var" - Peskov

"Litvanın Rusiyaya qarşı ərazi iddiaları var".   Sfera.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə...

"İran Bakı ilə münasibətləri yaxşıya doğru redaktə etməyin əhəmiyyətini başa düşür" - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər s...

Qeyri neft-qaz ixracı 100 milyon dollar ARTDI - MÜQAYİSƏ

2024-cü ildə Azərbaycan qeyri neft-qaz mallarının ixrac dəyərini 100 milyon dollar artıra bilib.   Sfera.az İqtisadi İslahatların Təhlili və Kommuni...

Samir Şərifovdan ilk AÇIQLAMA: "İnşallah növbəti həftə..."

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilər...