"İran Bakı ilə münasibətləri yaxşıya doğru redaktə etməyin əhəmiyyətini başa düşür" - ŞƏRH

"İran Bakı ilə münasibətləri yaxşıya doğru redaktə etməyin əhəmiyyətini başa düşür" - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər siyasi və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edib.  Ölkə başçısı və Əhmədian ayrı-ayrılıqda Azərbaycan və İran arasında enerji və nəqliyyat əməkdaşlığının, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanması yolu ilə gücləndirilməsinin vacibliyini vurğulayıb. 

 

Son baş verənlər fonunda, bu görüş necə qiymətləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Aqşin Kərimov deyib ki, İranın proseslərdəki təqdim edəcəyi mətni oxumaq üçün Ali Milli Təhükəsizlik Şurasının səlahiyyətlərinə və vəzifələrinə baxmaq lazımdır:

 

“İran Konstitusiyasının 176-cı maddəsi ilə yaradılan Şuranın 3 vəzifəsi var: milli təhlükəsizlik siyasətini müəyyən etmək, daxili siyasətin milli təhlükəsizlik siyasətinə uyğunlaşdırılmasını təmin etmək, daxili və xarici təhdidlərdən qorunmaq üçün resurslar toplamaq.  Bu Şura həm hökumətin rəsmi qollarını, həm də qeyri-rəsmi təsir şəbəkələrini əhatə edən təhlükəsizlik prioritetləri formalaşdırır. Qısası, Şuraya İran sisteminin qarşısında duran kritik milli təhlükəsizlik məsələləri üzrə müzakirələr aparmaq və konsensus yaratmaq tapşırılıb. İlham Əliyev Əhmədianın səfərindən bir gün öncə yerli televiziya kanallarına müsahibəsində İranın xarici siyasətdəki fiaskosuna, həmçinin İran elitasındakı fikir ayrılıqlarına, parçalanmalara işarələr vurmuşdu. Fikrimcə, İlham Əliyev İranın ciddi təhlükəsizlik boşluqlarında olduğunu İslam Respublikası elitasındakı toqquşan hekayələr fonunda siyasi-diplomatik dillə ifadə etdi”.

 

Ekspert qeyd etdi ki, İran Azərbaycanla münasibətləri ən yaxşıya doğru redaktə etməyin əhəmiyyətini başa düşür:

 

“Bununla belə nəzərə alınmalıdır ki, Şuranın bütün qərarları son nəticədə Ali Rəhbər Ayətullah Əli Xamenei tərəfindən təsdiqlənməlidir. Lakin qurumun müzakirələri Ali Rəhbərin ofisinə gedən siyasət tövsiyələrini formalaşdırır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...