"Çox kədərli idi, dedi ki, məni bircə o yada salır..." - Rahib Azəri kövrəldi + VİDEO

"Çox kədərli idi, dedi ki, məni bircə o yada salır..." - Rahib Azəri kövrəldi + VİDEO

Tanınmış aparıcı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri kövrək anlar yaşayıb.

 

Sfera.az bildirir ki, o, dizayner Aynur Xəlilovanın “Hərşeyşünas” adlı podkastında görkəmli cazmen Vaqif Mustafazadə ilə bağlı xatirəsini bölüşüb:

 

“Hər il Vaqifin anadan olduğu və vəfat etdiyi tarixi qeyd edirəm, bunu özümə borc bilirəm. “ANS”də işlədiyim zamanlarda bir hadisə baş verdi. Dekabrın 16-sı Vaqifin vəfat etdiyi gün idi, mən də verilişi ona həsr etmişdim. Hazırda Muğam Mərkəzində işləyən dəyərli bir dostumuz Lalə xanım mənə zəng etdi və dedi ki, gecə yuxuda Vaqifi görmüşəm, çox kədərli idi. Kənardan radiodan sənin səsin gəlirdi və Vaqif gileyləndi ki, bir dənə o yada salır məni...Dedi ki, mənim təşəkkürümü ona bildir. Beləcə Lalə xanım gördüyü bu yuxunu mənə danışdı. Onda da hazırda olduğu kimi çox kövrəldim. Bu hadisənin üstündən 3 ay keçir və efirimi bitirəndə məni çağırdılar ki, sənə zəng gəlib, Lalə xanımdır. Dedim, nolub ay Lalə? Görürəm, qızın səsi birtəhərdir. Mənə dedi ki, inanırsınız, mən Vaqifi yuxuda gördüm yenə və mənə gülə-gülə dedi ki, təşəkkürümü ona çatdırdın. Bundan sonra gəl mistikaya inanma...Bir aparıcı kimi özümə bunu borc bilirəm ki, bu cür insanları yada salmışam. Bunu öz tarixi missiyam hesab edirəm..Yaşa dolduqca adam kövrəkləşir…”.

 

Aparıcının “Kimdir,  Azərbaycan elitası?” sualına isə Rahib Azəri bu cür cavab verib:

 

“10 il, Bakı Caz Festivallarının aparıcısı olmuşam. Mən kimləri görmüşəm səhnədə, kimlərlə bir səhnədə dayanmamışam. Bir dəfə Sevda Ələkbərzadə ifa etməli idi, səhnəyə çıxmamışdan öncə mən, daha sonra Sevda özü də xahiş etdi ki, çəngəl-bıçağın səsinə bir qədər diqqət edin, insanın fikrini yayındırır. Ona görə bəziləri caza kübar görünmək xatirinə qulaq asmağa gəlirdilər.Kübarlıqla bağlı mənim bir aforizmim var: “Toylarda geyilən əlbisələrin uzunluğu kübarlıqdan xəbər verən əsas xüsusiyyətdir”. Toyda kübar cəmiyyətin geyindiyi əlbisəni geyinən adam elə bilir ki, kübardır. Amma bəzən kübar bildiyimiz adamlardan elə davranış görürük ki, deyirsən mən bunu normal adam bilirdim”.

 

Türkan 

 


OXŞAR XƏBƏRLƏR

"TikTok"-da şantaj olunan qadının nişanı pozuldu: İşdən çıxarıldı - VİDEO

Qadının "TikTok" sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.   Sfera.az xəbər verir ki, &quo...

Uçuş təxirə salındı - Sərnişinləri təyyarədən düşürdülər

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bil...

İtkin düşən 9 nəfər tapıldı

Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı apa...

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...