\"Azəravtoyol\" əməkdaşı texnikanın altında qalaraq öldü
11:11 / 01.07.2017
1500
"Azəravtoyol" ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib. (report)
Sfera.az