Günün qoroskopu: Anlaşma zamanıdır
Qoç - Ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə
mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara
ciddi yanaşın. Borc vermək və ya borc almaq məsləhət deyil.
Buğa - Münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır.
Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında
seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür.
Lakin onlar asan olmayacaqlar.
Əkizlər - Kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən
uğursuzluqları ürəyinizə salmayın. Güzəştə getməyə çalışsanız da, sizi başqalarının istəklərini
anlamaq istəməyən eqoist hesab edirlər. Yaxın ətrafınızdakı insanlara yardım edəndə
cavabında mükafat gözləməyin.
Xərçəng - "Sağ ol" eşitmək pis olmazdı. Günün ikinci yarısında yaradıcılıq potensialı
yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin. Yeni maraq arayın. Həmfikirlə
yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil.
Şir - Anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti
üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil.
Qız - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz.
Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin. Yaxın ətrafınızdakı
insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda
həssas olun, onlara yardım edin.
Tərəzi - Tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan
bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq
üçün əlverişli gündür. Günün ikinci yarısında şəxsi münasibətlərdəki çətin situasiyanı
müzakirə etmək üçün münbit zəmin yaranır.
Əqrəb - İstirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız
olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın. Bu gün introvert əhvaldasınız.
Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin,
yazışın.
Oxatan - Şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Problemləri aşkarlayaraq
onları aradan qaldırmağın yollarını düşünün. Hisslərdə romantika qıtlığı var. Mühüm
qərarların qəbulunda məntiqli davranın.
Oğlaq - Yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində
olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay
vəziyyətdə qoymasın. Ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün
əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar.
Dolça - Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün
yaxşı vaxtdır. Yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr
romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar.
Balıqlar - Yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli
zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı
ola biləcək insanlarla ünsiyyətdə olun. Prioritetləri müəyyənləşdirin, yaxın perspektivdəki
hadisələrin bəzilərini təxminləməyə çalışın. Resurslarınızı dəyərləndirin, onları
artırmağın yollarını düşünün.