Diqqət:Təhlükəli balıqlar satılır- Kanalizasiya tullantısı ilə...

Diqqət:Təhlükəli balıqlar satılır- Kanalizasiya tullantısı ilə...
"Azərbaycanda Kür və Sarısu balığı adı altında satılan balıqların yetişdirildiyi gölə kanalizasiya suyu axıdılır.”

Bu barədə AzNews.az-a Sabirabad şəhəri Q.Namazəliyev küçəsi dal.2,ev 12 ünvanda yaşayan Loğman Əliyev məlumat verib. Onun sözlərinə görə, Sabirabad rayonunda insan həyatı üçün təhlükəli olan bu balıqları yetişdirən göl sahibkar Əlikram Əliyevə məxsusdur:

"Rayonun Qasımbəyli ərazisində Camallı və Əsgərbəyli kəndində balıq gölü vardır. Balıqları yemləmək üçün kanalizasiya maşınlarının daşıdığı tullantılar gölə buraxılır. Sahibkar düşünür ki, bu balıqlar üçün ən "yaxşı” yemdir. Ən dəhşətlisi isə ərazi icra nümayəndəsi və bələdiyyə sədri Cəmil Məmmədovun bundan xəbəri var. Onlar üçün müqəddəs amal yoxdur, təki pul olsun, cib dolsun. Bundan əlavə Sabirabadın Şəhriyar kəndindəki balıq gölündə də belə xoşagəlməz hallar baş verməkdədir. Həmin balıqlar Şəhriyar köçkün düşərgəsinin bazarında vicdansızcasına Kür və Sarısu balığı adı ilə alıcılara baha qiymətə satılır.”

Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə müraciət edilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyə Super Liqası klubu baş məşqçisi ilə yolları ayırıb

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Selçuk İnanla yolları ayırıb.   Sfera.az "Report"a istinadən ...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...